VÖEN yoxlaması
VÖEN-i yazırsınız: ad, hüquqi forma, ünvan, ƏDV qeydiyyatı və aktivlik statusu özü gəlir.
ark ERP
Kassa, bank, satış, anbar, əmək haqqı və hesabatlar bir sistemdə. Brauzerdə işləyir, quraşdırma tələb etmir.
Paketlər aylıq -dən
İş axını
Hər əməliyyat sənədlə başlayır. Sənədi keçirəndə ark ERP mühasibat yazılışını, anbar hərəkətini və borcları özü formalaşdırır.
Təklif, sifariş, yükləmə qaiməsi və hesab-faktura bir-birindən yaranır, heç nə yenidən yazılmır. Malı seçəndə qiymət, ƏDV dərəcəsi və anbar qalığı özü gəlir.
Balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti, dövriyyə-saldo və borcların yaşlanması baş kitabdan real vaxtda hesablanır.
Nə daxildir
Əsas modullar hər paketdədir. Qalanlarını paketlə və ya ayrıca seçirsiniz.
İnteqrasiyalar
Məlumatı portallardan əl ilə daşımağa ehtiyac yoxdur. Hər şirkət portallara öz ASAN İmzası ilə qoşulur.
VÖEN-i yazırsınız: ad, hüquqi forma, ünvan, ƏDV qeydiyyatı və aktivlik statusu özü gəlir.
Çıxan e-qaimələr sistemdən göndərilir, gələnlər qəbul və təsdiq olunur.
Vergi uçotu modulu iləƏDV, sadələşdirilmiş və birləşdirilmiş bəyannamələr göndərilir, statusu izlənir.
Vergi uçotu modulu iləDepozit hesabının çıxarışı yüklənir, ödənişlər üzləşdirilir.
Vergi uçotu modulu iləƏmək müqaviləsi və əlavələri, işə qəbul, azadolma və məzuniyyət bildirişləri.
İnsan resursları modulu iləGündəlik kurslar yüklənir, valyuta hesabları yenidən qiymətləndirilir.
Kassa modulu iləÇıxarış Excel və ya PDF faylından idxal olunur, sətirlər kontragent və qaimə üzrə tanınır.
Bank modulu iləTəsdiqlənmiş ödənişlər bank üçün fayl kimi hazırlanır və göndərilir.
ark Pay modulu iləark Akademiya
Mühasibat təcrübəsi azdırsa da, iş düzgün görülür: sistem nə vaxt nə etməli olduğunuzu göstərir, lazım olan ekrana aparır və sənəddə hər addımı izah edir.
Bu gün ekranında təsdiq gözləyən sənədlər, gecikmiş ödənişlər və vergi təqviminin yaxın tarixləri.
Hər proses üçün təlimat: qaimə, maaş, ay bağlanışı. Mentor rejimində köməkçi sizi ekrana aparır və addım real sənədlə tamamlananda növbətiyə keçir.
Modullar, dərslər və testlər. Hər modul üçün nişan, sonda yekun imtahan və “ark Certified” sertifikatı.
Qanunvericilik dəyişiklikləri qüvvəyə minmə tarixi və mənbə keçidi ilə.
Paketlər
Paket birlikdə tez-tez seçilən modulların hazır dəstidir, qiyməti də daxil olan modulların cəminə bərabərdir. Server, yeniləmələr və dəstək hər paketdədir.
Konstruktor
Hazır paketdən başlayın və ya modulları özünüz seçin. Qiymət seçdiyiniz modulların cəmidir.
Sənədlər, fayllar və baza üçün yer.
Bazanın nüsxəsi avtomatik çıxarılır.
Standart və ya prioritet dəstək.
ark ERP + ark Ops
ark Ops mütəxəssisləri tapşırığı sizin ark ERP bazanızda icra edir, məlumat sizdə qalır.
Ödəniş, qaimə, maaş və ya bəyannamə — forma ilə, bir neçə kliklə.
Mütəxəssis sifarişi qəbul edir və işi birbaşa sizin bazanızda görür.
Nəticəni yoxlayırsınız, hər addımın tarixçəsi qalır.
Başlanğıc
Hazır paket və ya fərdi paket. Sorğunu bu səhifədən göndərirsiniz.
Şirkətiniz üçün sistem qurulur, rekvizitlər VÖEN ilə doldurulur.
İstifadəçilər yaradılır, hər birinə rol və giriş səviyyəsi verilir.
Suallar və yeniləmələr dəstək xidməti və ark Akademiya ilə.
Suallar
Xeyr. ark ERP brauzerdə işləyir. Bazanı biz qururuq, siz və komandanız ünvan və parolla daxil olursunuz.
Bəli. Modul əlavə etmək, istifadəçi sayını artırmaq və ya başqa paketə keçmək mümkündür. Məlumatlarınız yerində qalır.
Köçürmə ayrıca xidmətdir və həcmə görə qiymətləndirilir.
Giriş rollarla məhdudlaşdırılır, hər əməliyyat loqa yazılır, ehtiyat nüsxə avtomatik çıxarılır. Bağlanmış dövrün sənədləri dəyişdirilə bilməz.
ark ERP idarəetmə sistemidir, ark Ops isə işi sifarişlə icra edən əməliyyat xidməti. Sistemi özünüz işlədə, ya da tapşırıqları Ops-a verə bilərsiniz — Ops işi sizin ark ERP bazanızda görür. ark Ops haqqında
Sorğu
Formu doldurun: seçdiyiniz paket sorğu mətninə özü düşür. Mətni WhatsApp və ya e-poçtla göndərin, biz sizinlə əlaqə saxlayaq.
Şirkətin adını və telefon nömrəsini yazın.