Ultra · brauzerdə klassik mühasibat

Şirkətinizin uçotunu özünüz aparın. Sistemi biz qururuq.

Müasir interfeysli 1C Mühasibata istənilən brauzerdən daxil olun, mobil tətbiq də hədiyyə. Şirkətinizə şəxsi giriş linki veririk, yalnız lazım olan modullara ödəyirsiniz. Server, ehtiyat nüsxə, yeniləmə və texniki dəstək bizim üzərimizdədir.

Paketlər ayda AZN-dən başlayırDemonu aç

  • Şəxsi linkŞirkətinizə öz giriş ünvanı
  • Gündəlik ehtiyat nüsxəAvtomatik, hər gün
  • SSL şifrələməBütün bağlantılar şifrəli
  • Texniki dəstəkYeniləmə və suallar bizdə

Necə işləyir

Sorğudan ilk sənədə qədər dörd addım.

Quraşdırma, server və yeniləmələrlə siz məşğul olmursunuz. Siz yalnız uçotu aparırsınız.

1 · Seçim

Paketi seçin

Hazır paketlərdən birini götürün və ya modulları özünüz seçin.

2 · Quraşdırma

Sisteminizi qururuq

Serverdə şirkətiniz üçün sistem qurulur, seçdiyiniz modullar aktivləşir.

3 · Giriş

Linki təhvil alırsınız

Hər istifadəçiyə ad və şifrə veririk. Giriş istənilən brauzerdən mümkündür.

4 · Dəstək

Dəstək

Yeniləmə və suallar bizim üzərimizdədir.

Standart paketlər

Biznesinizin ölçüsünə uyğun paket.

Paket birlikdə tez-tez seçilən modulların hazır dəstidir, qiyməti də daxil olan modulların cəminə bərabərdir. Server, yeniləmələr və texniki dəstək hər paketdədir.

İllik ödənişdə endirim · ƏDV daxil deyil

Hər paketə istifadəçi, GB disk, ehtiyat nüsxə və dəstək daxildir. Əlavə istifadəçi AZN/ay.

Paket konstruktoru

Öz paketinizi tərtib edin, qiyməti dərhal görün.

Hazır paketdən başlayın və ya modulları özünüz seçin. Qiymət seçdiyiniz modulların cəmidir; istifadəçi, disk və dəstək öz qiyməti ilə əlavə olunur.

Modullar

Qiymətlər AZN / ay ilə. Bəzi modullar başqasını tələb edir, seçəndə avtomatik qoşulur.

İstifadəçilər və resurslar

Eyni anda işləyən istifadəçi

istifadəçi bazaya daxildir, hər əlavə istifadəçi AZN/ay

Baza üçün disk sahəsi

GB daxildir, hər əlavə 10 GB AZN/ay

Ehtiyat nüsxə

Gündəlik nüsxə daxildir, gün saxlanılır

Texniki dəstək

: . :

AZN / ay

Etibarlılıq

Server, nüsxə və dəstək bizdədir.

Ultra tanınmış 1C Mühasibat konfiqurasiyası əsasında işləyir. İnterfeys isə tamamilə yenidir: innovativ dəyişikliklər, mobil tətbiq və müasir inteqrasiyalar əlavə olunub. İllərlə işlədiyiniz proqramda indi daha rahat və səmərəli işləyin.

01

Qorunan giriş

Giriş yalnız sizin linkiniz və istifadəçi şifrələri ilə mümkündür. Bütün bağlantılar SSL ilə şifrələnir.

02

Ehtiyat nüsxə və bərpa

Hər gün avtomatik nüsxə çıxarılır. İstənilən günün vəziyyətini sorğu ilə bərpa edirik.

03

Tam texniki xidmət

Server, yeniləmə, hüquqların sazlanması və fərdi dəyişikliklər ark tech komandası tərəfindən aparılır.

Suallar

Tez-tez verilən suallar.

Kompüterə nəsə quraşdırmaq lazımdırmı?

Xeyr. Chrome, Edge, Firefox və ya Safari kifayətdir. Proqram tam olaraq bizim serverimizdə işləyir.

Paketi sonradan dəyişmək olarmı?

Bəli. Modul əlavə etmək və ya çıxarmaq növbəti ödəniş dövründən qüvvəyə minir. Məlumatlarınız yerində qalır.

Ultra hansı proqram üzərində işləyir?

Ultra tanınmış 1C Mühasibat konfiqurasiyası əsasında işləyir. İnterfeys isə tamamilə yenidir: innovativ dəyişikliklər, mobil tətbiq və müasir inteqrasiyalar əlavə olunub. İllərlə işlədiyiniz proqramda indi daha rahat və səmərəli işləyin.

Köhnə proqramdakı məlumatları köçürə bilərsiniz?

Köçürmə ayrıca xidmətdir və həcmə görə qiymətləndirilir.

Ödənişi dayandırsam məlumatlarım nə olacaq?

Bazanızın tam nüsxəsini sizə təhvil veririk. Abunə bitdikdən sonra baza gün saxlanılır, sonra silinir.

Bizə xüsusi hesabat və ya sənəd lazımdır. Mümkündürmü?

Bəli. Fərdi hesabat, çap forması və ya əlavə funksiya ayrıca qiymətləndirilir və sizin bazanıza əlavə olunur.

Sorğu

Qoşulmaq üçün sorğu göndərin.

Formu doldurun və sorğunu WhatsApp və ya e-poçtla göndərin. Mətnin sonundakı sorğu kodu seçdiyiniz paketi olduğu kimi bizə çatdırır.

Telefon / WhatsApp
E-poçt

Sorğu mətni


          
Sorğu kodu
WhatsApp ilə göndər E-poçtla göndər

Düymə açılmasa, mətni kopyalayıb yuxarıdakı nömrəyə və ya ünvana göndərin.

Sorğu kodunu aç