ark ERP müştərisiyəm
İş sizin bazanızda- Mütəxəssislərimiz işi sizin ark ERP bazanızda görür
- Məlumat sizdə qalır, hər əməliyyatı sistemdə görürsünüz
- ark ERP müştərisi endirimi aylıq məbləğə tətbiq olunur
ark Ops · əməliyyat autsorsinqi
Tapşırığı verin, mütəxəssis icra etsin, siz təsdiqləyin. Əməkdaş axtarmağa və işə götürməyə ehtiyac yoxdur.
İstiqamətlər
Necə işləyir
Hər sifariş eyni yolu keçir. Hər addım vaxtı və icraçısı ilə tarixçəyə yazılır, vəziyyət canlı yenilənir.
Tapşırığı forma ilə verirsiniz. Şirkət məlumatları və bank hesablarınız profildən avtomatik doldurulur.
Assistent sifarişin məlumatlarını yoxlayır və onu operatorların növbəsinə göndərir.
Operator sifarişi ərzində qəbul edir. Müddət aşılarsa, sifariş dərhal yuxarı səviyyəyə ötürülür.
Operator işi görür, icra taymeri işləyir. Asan İmza təsdiqi lazım olanda telefonunuza sorğu gəlir.
Platforma yüklənən sənədi sifarişlə tutuşdurur. Nəticəni siz təsdiqləyirsiniz.
İki giriş yolu
Vəziyyətinizə uyğun yolu seçin. Seçiminiz kalkulyatora avtomatik ötürülür.
Sifariş növü
Ayrıca əməliyyatı istədiyiniz vaxt sifariş edin, ya da aylıq həcmi paketlə planlayın.
Kalkulyator mühasibat və kadr xidmətlərini əhatə edir. Digər istiqamətlər üzrə tapşırıqlar sorğu ilə qiymətləndirilir.
Kalkulyator
Aylıq paketdə hər xidmətin ayda təxminən neçə dəfə lazım olduğunu, tək sifarişdə isə bu sifarişin həcmini göstərin. Aylıq paketdə miqyas əməliyyat sayına görə avtomatik seçilir.
Zəmanətlər
Qaydalar insan yaddaşına yox, sistemə yazılıb.
Sifarişin məbləği əvvəlcədən saxlanılır və yalnız siz nəticəni təsdiqləyəndə ödənilir. Sifariş ləğv olunarsa, məbləğ geri qayıdır.
Ödəniş tapşırığının yüklənməsi məcburidir. Platforma alanın VÖEN-ini, hesabını, bank kodunu, məbləği və təyinatı sifarişlə tutuşdurur. PDF, skan və foto qəbul olunur.
Hər addım vaxtı və icraçısı ilə qeyd olunur. Sifarişin harada olduğunu istənilən an görürsünüz.
Operator sifarişi qəbul edənə qədər hesab nömrəsini görmür:
AZ21 •••• •••• 1944Suallar
Mühasibat və vergi, kadr və əmək haqqı, ark ERP-də gündəlik əməliyyatlar və proqram təminatı tapşırıqları. Mühasibat və kadr xidmətlərinin qiyməti kalkulyatordadır, digər istiqamətlər üzrə tapşırıqlar sorğu ilə qiymətləndirilir.
Bəli. Tək sifarişdə lazım olan əməliyyatı istədiyiniz vaxt sifariş edir və yalnız həmin sifarişə siyahı qiyməti ilə ödəyirsiniz: aylıq öhdəlik, minimum məbləğ və həcm endirimi yoxdur. Ayın bağlanması və hesabat paketi davamlı uçot tələb etdiyi üçün yalnız aylıq paketdə mümkündür. ark ERP müştərisi endirimi hər iki halda tətbiq olunur.
Aylıq paketdə məbləğ kalkulyatordakı xidmətlərə və həcmə görə müəyyən olunur, tək sifarişdə isə siyahı qiyməti ilə hesablanır. Platformada hər sifarişin məbləği sifariş verilərkən saxlanılır və nəticəni təsdiqlədiyiniz anda ödənilir. Sifariş ləğv və ya rədd olunarsa, məbləğ geri qaytarılır.
Təsdiq lazım olanda operator sorğu göndərir, telefonunuzda təcili bildiriş açılır və ərzində təsdiqləyirsiniz. Bank ödənişində bu iki dəfə olur: ödəniş hazırlanmazdan əvvəl PIN 1, hazırlandıqdan sonra PIN 2. Eyni PIN üçün sorğu cavabsız qalarsa və ya rədd edilərsə, sifariş ləğv olunur və məbləğ geri qaytarılır.
ark ERP müştərisisinizsə, iş sizin bazanızda aparılır və məlumat sizdə qalır. Yalnız Ops seçsəniz, iş daxili ark ERP sistemimizdə aparılır, nəticə, sənəd və hesabatlar sizə verilir. Hər iki halda operator hesab nömrəsini yalnız sifarişi qəbul etdikdən sonra görür.
Bəli. "Yalnız Ops istəyirəm" yolunda ayrıca sistem almağa ehtiyac yoxdur: işi öz sistemimizdə aparırıq. ark ERP müştəriləri isə aylıq məbləğə endirim alır.
Miqyas paketi aylıq əməliyyat sayına görə müəyyən olunur: . Həcm dəyişəndə paket və onun endirimi də dəyişir. Bəyannamə və ay bağlanışı kimi dövri işlər bu saya əlavə olunmur, amma endirim onlara da tətbiq olunur. Aylıq xidmət haqqı ən azı -dir.
Sorğu
Formanı doldurun. Kalkulyatordakı seçiminiz mətnə avtomatik əlavə olunur. Sorğunu WhatsApp və ya e-poçtla göndərin.
Şirkətin adını və telefon nömrəsini yazın.